
ABŞ Senatının Kəşfiyyat Komitəsi Qəzza zolağında xəstəxanaya hücumun İsrail ordusu tərəfindən deyil, silahlılar tərəfindən həyata keçirildiyi qənaətindədir.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə komitənin vitse-spikeri Marko Rubio çıxış edib.
Senator yazıb ki, komitə Qəzza zolağında xəstəxanaya hücumla bağlı kəşfiyyat məlumatlarını alıb və öyrənib.
“Bu məlumatlara əsasən, biz əminik ki, partlayış İsrailin hava hücumu deyil, terrorçu silahlılar tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verib”, – Rubio bildirib.
Oktyabrın 17-də Qəzza şəhərinin mərkəzinə zərbələr endirilib. “Al Hadath”ın məlumatına görə, bir neçə raket Əl-Əhli Baptist xəstəxanasına düşüb. Al Arabiya telekanalı İsrailin Qəzza zolağında xəstəxanaya hücumu nəticəsində ölənlərin sayının 800 nəfərə yaxın olduğunu bildirib.
HƏMAS Qəzzada xəstəxanaya hücumu soyqırım adlandırıb. Silahlı qruplaşma ictimaiyyəti İsrail təcavüzünü dayandırmağa çağırıb. Öz növbəsində İsrail xəstəxanada partlayışın Qəzzadan uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bəyan edib.
Səid Əhmədli
Gununsesi.info