Samvel Şahramanyan Qarabağ ermənilərinə müraciət edəcək

İrəvanda özünü buradığını elan etmiş qondarma “Artsax”ın nümayəndələrilə Ermənistan hökuməti arasında gərginlik azalmır. Məlumatlara görə, Paşinyan hökuməti Xankəndiən gəlmiş separatçıları sıxışdırmağa çalışır.

Gununsesi.info xəbər verir ki, “Hraparak”ın məlumatına görə, xuntanın sonuncu başçısı Samvel Şahramanyan yaxın vaxtlarda Qarabağ ermənilərinə müraciət edəcək.

Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə 19-20 sentyabrdakı antiterror tədbirlərindən sonra xunta rejiminin müxtəlif şəxslərdən mənzillər və ya əmlak aldığı, kredit və ya nağd pul verdiyi barədə yayılan məlumatlar reallığa uyğun deyil:

“Bu cür məlumatı olan vətəndaşları Ermənistanın hüquq-mühafizə orqanlarına müraciət etmələrini, cinayətlə bağlı müvafiq məlumat vermələrini xahiş edirik.

Nəzərinizə çatdırırıq ki, Samvel Şahramanyan yaxın vaxtlarda ictimai çıxışında bu və bir sıra digər məsələlərə toxunacaq”, – məlumatda deyilir.

 

Gununsesi.info