
Quzey Kıbrıs Türk Cümhruyyətinin (KKTC) hakimiyyət orqanları İsrail ordusunun Qəzza zolağında xəstəxanaya endirdiyi zərbələr nəticəsində yüzlərlə insanın həlak olması ilə əlaqədar ölkədə üç günlük milli matəm elan edib.
Gununsesi.info xəbər verir ki, müvafiq qərarı KKTC hökuməti qəbul edib.
Qərar KKTC-nin rəsmi mətbuatında dərc olunub.
Bundan əvvəl Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasını bombalanması nəticəsində ölənlərin sayının 500 nəfərə çatdığı bildirilmişdi.
Gununsesi.info