
Bağdadda ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atması ilə tanınan iraqlı jurnalist Muntazar əl-Zeydi Co Baydenə eyni şeyi edə bilən hər kəsə hədiyyə verəcəyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, o, bunu “X” platformasında bəyan edib.
Muntazar əl-Zeydi 2008-ci ildə İraqa səfər edən ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atıb. O, bu hərəkətinə görə 9 ay həbsdə qalıb. 2011-ci ilə qədər isə ölkə xaricində yaşayıb.
Gununsesi.info