“Güclü komandaya qarşı oynayacağımızın fərqindəyik. Növbəti mərhələyə adlamaq üçün bizə xal lazımdır. Müdafiədə diqqətli olmalı, öz oyunumuzu oynamalıyıq”.
Gununsesi.org-un verdiyi məlumata görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Xayme Romero UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda baş tutacaq “Sevilya” ilə oyun haqda danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, müdafiədə diqqətli olmalı, boşluqlar buraxmamalıdırlar: “Əlimizə düşən fürsətlərdən istifafə etməliyik. Burdan 1 xalla qayıtmaq istərdik. Təəssüf ki, indiyə qədər bu stadionda oynamaq mənə nəsib olmayıb. Bir ispaniyalı kimi mənim üçün burada meydana çıxmaq xoşdur. Sabah 10-a yaxın ailə üzvüm stadionda olacaq”.
Gununsesi.org
COMMENTS