İbrahimoviç futbol klubu aldı

İbrahimoviç futbol klubu aldı

İsveç milliisinin sabiq futbolçusu Zlatan İbrahimoviç ölkəsində “Hammarbü” klubunun səhmlərinin bir hissəsini satın alıb.

Gununsesi.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 38 yaşlı futbolçu son olaraq ABŞ-ın “Los-Anceles Qalaksi” komandasında çıxış edib. O, İsveçin “Malmö” klubunun yetirməsidir.

 

Gununsesi.org

COMMENTS