İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfər saxlanılıb

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfər saxlanılıb

İranın hüquq-mühafizə orqanları kütləvi qarışıqlıqlardan sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfəri saxlayıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın (Kəşfiyyat) İnformasiya Nazirliyinə istinadən IRIB teleradio şirkəti bildirib.

“Etirazlarda olmuş və kəşfiyyat orqanlarının göstərişlərini icra etmiş 6 nəfər, həmçinin informasiya toplamış və onu xaricə göndərmək istəmiş 2 nəfər saxlanılıb”, – deyə teleradio şirkəti nazirliyin bəyanatından sitat gətirib.

 

Gununsesi.org

COMMENTS