Mübariz Mənsimovdan separatçı yazı ilə bağlı AÇIQLAMA

Mübariz Mənsimovdan separatçı yazı ilə bağlı AÇIQLAMA

Türkiyədə yaşayan tanınmış iş adamı, “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimovun adından sosial şəbəkələrdə saxta hesablar yaradılıb. Həmin hesabların birində iş adamının adından separatçılıqda itiham edilərək həbs edilən Faxrəddin Abbasovu “müdafiə edilməsinə” dair  status yazılıb. Şirkət bu məsələ ilə bağlı açıqlama yayıb. Gununsesi.org həmin açıqlamanı sizə təqdim edir:

“Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun Azərbaycanın milli maraqları, millətin rifahının daha da yüksəldilməsi istiqamətində gördüyü işlər bəzi xəstə təfəkkürlü, Azərbaycanın əleyhinə olan qüvvələr tərəfindən həmişə narahatlıqla qarşılanıb. “Palmali Şirkətlər Qrupu”nun prezidenti adına sosial səbəkələrdə saysız-hesabsız hesablar açılıb və bunun qarşısını da almaq qeyri-mümkündür. Ötən gün axşam saatlarında, “yalançı” səhifələrdən birində guya Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə, hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında yazı paylaşılıb. Bunun bizimlə heç bir əlaqəmiz yoxdur. Mübariz Mənsimov heç vaxt Azərbaycana qarşı olanlara dəstək verməyib və verməyəcək. Fəxrəddin Abbasov separatçı, vahid vətənimiz olan Azərbaycanın parçalanması üçün hətta erməni murdarları ilə sıx əməkdaşlıq etməkdən belə çəkinməyən əqidəsiz, satqın, mənliyi olmayan bir məxluqdur. Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü bir cinayət əməlidir. Bildiririk ki, bu statusu paylaşan səhifə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Mübariz Mənsimov hər zaman bəyan edib: “Azərbaycanı parçalamaq istəyən və bu fikrə düşən qarşısında, ilk növbədə, məni görəcək. Mənim vətənim vahid, bütöv Azərbaycandır. Həmişə bu müqəddəs amalla yaşamışam və heç nə, heç kim məni bu yoldan döndərə bilməz”.

 

 

Gununsesi.org

COMMENTS