Tramp Amerikanın NATO xərclərini azaldır

Tramp Amerikanın NATO xərclərini azaldır

Ağ Ev Administrasiyası NATO büdcəsinə edilən ödənişlərin həcmini ciddi şəkildə azaltmağı planlaşdırır.

Gununsesi.org CNN-ə istinadən xəbər verir ki, Tramp ölkəsinin NATO-nun hərbi xəclərindəki payını 22%-dən 16%-ə qədər endirə bilər.

Azalan 6 faizlik vəsaiti digər NATO ölkələrinin öz üzərinə götürməsi gözlənilir.

Vaşinqtonun buradan kəsdiyi vəsaiti Avropada təhlükəsizlik sahəsindəki bir sıra proqramların maliyyələşdirilməsinə yatıracağı bildirilirr.

Xəbərdə həmçinin gələn həftə Londonda NATO-nun 70-ci ildönümü ilə bağlı toplantı keçiriləcəyi də qeyd edilir.

Gununsesi.org

COMMENTS