Bu ay Sumqayıtda dəm qazı zəhərlənməsi ilə bağlı 39 nəfər həkimə müraciət edib.
Gununsesi.org xəbər verir ki, Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, noyabr ayı ərzində dəm qazı zəhərlənəsi ilə daxil olan 39 nəfərdən 20-nin vəziyyəti ağır olub. Zəhərlənənlərdən 5-i azyaşlı olub. Onların arasında ölüm halı qeydə alınmayıb.
Zəhərlənmə halları əsasən fərdi yaşayış evlərində baş verib.
COMMENTS