“Prado” aşdı, ana və oğul yaralandı

“Prado” aşdı, ana və oğul yaralandı

İmişlidə avtomobilin aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Gununsesi.org  xəbər verir ki, hadisə İmişli-Kürdəmir magistralında qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Umudov Orxan Nizami oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə özü və anası – 1973-cü il təvəllüdlü Umudova Vəfa Xələf qızı müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS