Şotlandiya Böyük Britaniyadan ayrılaraq müstəqillik əldə etmək üçün referenduma hazırlaşır.
Gununsesi.org “BBC”yə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın birinci naziri Nikola Sterdjen bildirib. Onun sözlərinə görə, ölkə Böyük Britaniyanın tərkibində qalarsa, büdcə kəsiri, yoxsulluq, “brexit” sazişindən sonra isə iş yerlərinin ixtisarı, həyat səviyyəsinin azalması və işçilərin hüquqlarının məhdudlaşdırılması problemləri ilə üzləşəcək.
Referendum 2020-ci ilə planlaşdırılır.
Xatırladaq ki, 2014-cü ildə keçirilmiş səsvermədə respondentlərin 55%-i Şotlandiyanın Britaniyanın tərkibində qalmasına səs vermişdi.
Gununsesi.org
COMMENTS