İstanbula qayıdan aktyor ölkəsində diqqət görmədi

İstanbula qayıdan aktyor ölkəsində diqqət görmədi

İspaniya televiziyasının dəvəti ilə Madridə gedən və izdihamla (2 min insan) qarşılaşan Türkiyənin məşhur aktyoru Can Yaman İstanbula qayıdıb. 

Gununsesi.org-un məlumatına görə, maraqlısı odur ki, Can İspaniyadakı diqqəti öz ölkəsində görməyib. Aktyor müxbirlərin ona ünvanladığı “Burada niyə eyni izdiham yaşanmadı?” sualına belə cavab verib:

“Radamel Falcao (futbolçu) bura gələndə izdiham yaşanardı. Amma vətəni Kolumbiyada eyni münasibət baş vermir. Bu, çox maraqlı bir məqamdır. Neapola gedəndə otel işçiləri Maradonanın da ora getdiyini, lakin izdiham olmadığını dedilər. Bir türk aktyorun bu şəkildə qarşılanmasına görə həmkarım Haluk Bilginerin dediyi kimi “öz adıma yox, ölkəm adına qürur duyuram”.

Can eyni tarixdə Kıvanç Tatlıtuğun da İspaniyada olduğunu deyən KİV nümayəndələrinə “Nə bilim? Kıvançın serialları İspaniyada satılır? Əgər satılsaydı, eyni izdihamla qarşılaşardı. Başqa bir aktyorun serialını izləmirlərsə, orada məşhur olmaq mümkün deyil. Mənim rol aldığım layihələr orada çox populyardır”, – deyə bildirib.

Serial ulduzu eyi zamanda İspaiyadakı izdihamın qurama olduğunu, bir nəfər tərəfindən fanatların idarə olunması barədə yayılan xəbərlərə bir daha münasibət bildirib:

“Onları yönləndirən şəxs müxbirdir, adı Sergio Silvadır. Məndən reportaj hazırladı. Fanatım kimi bir şeydir. O, insanları coşdurmaq istəyib. Mənimlə bir əlaqəsi yoxdur.  Məni “Media Set” dəvət edib, şübhəsi olanlar onlara zəng vurub soruşa bilərlər”.

 

Gununsesi.org

COMMENTS