“Ərləri yox idi deyə, onlara…” – Cümşüd Nuriyev üzr istədi

“Ərləri yox idi deyə, onlara…” – Cümşüd Nuriyev üzr istədi

Xəbər verdiyimiz kimi, keçmiş deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri  məsələyə öz sərt mövqe bildirib. 

Gununsesi.org xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan keçmiş sabiq deputat məsələyə aydınlıq gətirib.

Cümşüd Nuriyev müsahibəsindəki “ərsiz qadınlar” ifadəsinə  aydınlıq gətirib: “Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara dur deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm.Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm”.

Gununsesi.org

COMMENTS