Qazaxıstanlı nazir işdən çıxarıldı

  • By ilhame
  • 30 Aprel 2024 20:19

Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdat Musin tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

“Dövlət başçısının sərəncamı ilə Baqdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, – məlumatda deyilir.

 

Qeyd edək ki, Bağdat Musin 2020-ci il sentyabrın 2-də nazir təyin olunub.

Gununsesi.info