
“Bir gün həbsxanaların qarşısında öləcəyəm. Mənim oğlumun günahı nədir axı? 6 il günə gün həbsxanada yatızdırdılar. İndi niyə ona, xəstə , yaşlı anaya belə zülm edirlər?”
Bunu Gununsesi.info-ya hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib. Bakı İstintaq Təcridxanasında oğlu ilə görüşən Zeynəb Abdullayeva övladının səhhətinin çox pis olduğunu deyib:
“Ağır durumdadır. Səhhəti, psixologiyası çox ağırdır. Onun günahı yoxdur. Hüseynin ömrü həbsxana divarları arasında, mənimki isə həbsxana qapısı qarşısında keçir. Bu zülmdür”.
Elmar