Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib - FOTO

  • By Günel
  • 21 Dekabr 2024 08:38

Azərbaycan-Ermənistan sərhədində 5 bala yaxın zəlzələ olub.

Gununsesi.info bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına istinadən xəbər verir.

Məlumata görə, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Daha sonra eyni bölgədə 3 və 3,8 maqnitudalı daha iki zəlzələ baş verib.

Gununsesi.info