Ukraynada 37 kənd məcburi boşaldılacaq

Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndinin məcburi olaraq boşaldılacağı açıqlanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Kupyansk Rayon Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç bu barədə qərarı imzalayıb.

Qərara əsasən, Kupyanskın 37 yaşayış məntəqəsi məcburi boşaldılacaq.

Qeyd edək ki, Ukraynada gərgin toqquşmalara səhnə olan Kupyansk istiqamətində müharibə davam edir.

Gununsesi.info