Polşa Belarusla olan sərhədinə göndərəcəyi əsgərlərin sayını çoxaltdı

  • By arzu
  • 10 Avqust 2023 18:37

Polşa Belarusla olan sərhədinə göndərəcəyi əsgərlərin sayını çoxaldıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın Müdafiə Naziri Mariusz Blaszczak açıqlama verib.

Nazir Mariusz Blaszczak iki həftə içində Belarus sərhədinə doğru 10 min əsgər göndərəcəklərini bildirib.

Nazir Mariusz Blaszczak söyləyib ki, bu qərarı Belarus helikopterinin Polşa sərhədini pozmasından sonra alıblar.

“Hücumçular bizə təcavüz etməyə cəsarət etməsin deyə, Belarus sərhədinə 4 minlik Sərhəd Qoruyucuları, bütövlükdə,  10 min əsgər yerləşədirəcəyik”, –  deyəMariusz Blaszczak vurğulayıb.

Tərcümə: Arzu