Livan Müdafiə Nazirinə silahlı hücum oldu

  • By arzu
  • 10 Avqust 2023 18:17

Livanın Müdafiə Nazirinə silahlı hücum edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Muris Slim paytaxt Beyrutda silahlı hücuma məruz qalıb.

Yerli mətbuatın yazdıqlarına görə, nazir avtomobilinə kimliyi bilinməyən adamlar tərəfindən silahla atəş açılıb.

Müdafiə Naziri Muris Slim bu hücumdan yara almadan qurtulub.

Slim ona edilən hücumla bağlı açıqlama verib.

Avtomobilinə edilən hücumu təsdiqləyən nazir belə deyib:

“Durumum yaxşıdır, ancaq avtomobilin arxa şüşələrini mərmilər sındırdı”.

Hücumla bağlı Livan hökuməti və aidiyyatı qurumlar hələlik heç bir geniş açıqlama verməyiblər.

 

Tərcümə: Arzu