
“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Gununsesi.info xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.
21:33
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Gununsesi.info xəbər verir ki, Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib – 1:0.
21:17
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Gununsesi.info xəbər verir ki, birinci yarıdan sonra görüşdə hesab açılmayıb – 0:0.
21:10
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə yekunlaşıb.
Gununsesi.info xəbər verir ki, ilk yarıdan sonra qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, “Qarabağ” birinci hissənin ilk dəqiqələrində vurdğu qolu ofsayd səbəbiylə qeydə alınmayıb.
20:12
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Matçın baş hakimi israilli Roy Reinsreyberdir.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.
20:08
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Matçın baş hakimi israilli Roy Reinsreyberdir.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.
18:54
Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Finlandiya HİK-inin start heyətləri bəlli olub.
Gununsesi.info xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Baş məşqçi: Toni Korkeakunnas
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.