
Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukrayna Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma cəhd edib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Gununsesi.info -nun məlumatına görə, teleqram kanallarında sözügedən PUA-lardan birinin zərərsizləşdirilmə anını əks etdirən görüntülər yayılıb.
Görüntülərdən PUA-nın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahının üzərində zərərsizləşdirildiyini görmək mümkündür.
Gununsesi.info