ABŞ Ukraynaya yardım paketini açıqlayacaq

ABŞ administrasiyası mayın 3-də Ukraynaya 300 milyon dollar məbləğində növbəti hərbi yardım paketini açıqlayacaq

Gununsesi.info xəbər verir ki,  Administrasiya Ukraynaya artilleriya və minaatan sursatları, yük maşınları, ağır texnika, ehtiyat hissələri və Hydra-70 raketlərindən ibarət 300 milyon dollarlıq hərbi yardım paketi elan etməyi planlaşdırır.

HTML tutorial

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk özünün Telegram kanalında Su-25 təyyarəsinin Amerikanın Zuni raketləri ilə birgə fotosunu dərc edib.

ABŞ yanvarda həmin “hava-yer” raketlərini Ukraynaya çatdıracağına söz vermişdi.

Daha sonra müdafiə nazirinin müavini Laura Kuper növbəti hərbi yardım paketi kimi Ukrayna ordusuna 4000 Zuni raketinin təhvil verildiyini açıqlayıb.

 

 

Şəbnəm

Gununsesi.info