
Türkiyədə 14 mayda keçiriləcək tarixi Prezident seçkiləri yaxınlaşdıqca, həm “Millət İttifaqı”, həm də qarşı blok olan “Cumhur İttifaqı” xarici siyasətlə bağlı baxışlarını açıqlayıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ana müxalifət partiyası olan CHP-nin əsas isimlərindən biri olan Engin Altay “Habertürk” televiziyasında Liviya, “Mavi əvtən”, Ukrayna-Rusiya savaşı, Azərbaycanın Qarabağ siyasəti, Qətər və Somalidəki hərbi bazalar, Aralıq dənizi, Liviya, Türkiyənin Suriya, Şimali Kipr, Yunanıstanla adalar problemi və İraq siyasəti, eləcə də Orta Şərqlə bağlı açıqlama verib.
Engin Altay çıxışında bildirib ki, bu mövzuların partiya siyasəti edilməsi fəlakətdir. Altay eyni siyasətin davan etdiriləcəyini bildirib.
“Nə edəcəyik? Gerimi çəkiləcəyik? Yəni, Tayyib bəy gedir deyə, Azərbaycanla iki dövlət tək millət olmayacağıqmı?. Qarabağ məsələsini, əlbəttə dəstəkləyəcəyik”.
Tərcümə: Arzu Sayadoğlu