
Türkiyənin Ordu şəhərinin sakini Atilla Karakavanın dostluq hekayəsi görənləri çaşqıınlığa uğuradır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ordu şəhərində yaşayan Atilla uzun illərdir ki, bayquşla dostluq edir.
59 yaşlı Karakavan 20 il öncə onun bağında yumurtlayan bayquşun balalaması ilə yeni bir dost qazanıb.
Bayquşun yumurtlamasından sonra Atilla bayquşun balası üçün arı pətəyini dəyişdirərək quş yuvasına çevirib.
Həmin zamandan bu yana ana bayquş hər il mart ayında eyni yuvada balalayır və quşlar böyüdükcə, yuvadan ayrılır.

Tərcümə: Arzu Sayadoğlu