İsrail və fələstinli radikallar atəşkəs barədə razılığa gəldi

İsrail və Qəzza zolağındakı fələstinli radikallar atəşkəs barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

HTML tutorial

Atəşkəsə Misir, Qətər və BMT-nin vasitəçiliyi ilə nail olmaq mümkün olub.

Atəşkəskin artıq qüvvəyə mindiyi bildirilir.

Qeyd edək ki, mayın 2-si İsrail ordusunun yaydığı məlumata görə, fələstinli radikallar Qəzza bölgəsindən ölkə ərazisini atəşə tutublar. Buna cavab olaraq, İsrail hərbçiləri də Qəzza bölgəsinə zərbələr endirib.

 

Gununsesi.info