
Avstraliyada itkin düşən adamın cəsədi timsahın içindən çıxarılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada dostları ilə birlikdə balıq ovlayan bir adamın cəsədinin tikələri timsahın mədəsindən çıxıb.
Xəbəri eşidənlər dəhşətə düşüblər.
Kevin Darmodi ən son şənbə günü görülmüşdü. O, duzlu timsahların çox yaşadığı Kvinslənd bölgəsinin şimalındakı bir yerdə balıq tutmaqda idi.
İki günlük axtarışlardan sonra iki böyük timsahdan birində insna tikələri tapılıb. 65 yaşlı Darmodinin təcrübəli bir balıqçı olduğu bildirilir.
Axtarış işlərinin sıxlaşdırıldığı bölgədə 4 metrlik vı 3 metrlik iki yetkin timsah silahla vuruluaraq öldürülüb.
Tərcümə: Arzu Sayadoğlu