Kremlə zərbələr bu saatlarda endirilib

Kremlə endirilən PUA zərbəsinin yeni görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, Rusiya Teleqram kanalları ikinci zərbənin birincidən 16 dəqiqə sonra endirildiyini yazıblar.

HTML tutorial

Bildirilib ki, ilk PUA gecə saat 02:27-də Kremldəki Senat Sarayının üzərində partlayıb və məhz bundan sonra onun damında yanğın başlayıb.

İkinci PUA zərbəsi isə saat 02:43-də qeydə alınıb. Onun qalıqları Kreml ərazisinə düşüb.

 

Gununsesi.info