
Rusiya rəsmiləri Pilotsuz Uçan Aparatla (PUS) Kremlinə hücum edildiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, edilən açıqlamada həmin PUA-nın Rusiya Müdafiə Sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilir.
Rusiya rəmsilərinin aıçqlamasında bunlar vurğulanır:
“Hücumu Rusiya dövlət başçısına sui-qəsd olaraq görürük. Bu, planlaşdırılmış bir terror əməlidir. Qarşılıq vermə haqqımızı saxlı tuturuq. Rusiya uyğun gördüyü yerdə və zamanda önləmlər alacaq ”
Ukrayna isə sui-qəsd cəhdi ilə bağlı ittihamları yalanlayıb.
Tərcümə: Arzu Sayadoğlu