Ukraynada 21 İran dronu vuruldu

Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 21 ədəd “Shahed” kamikadze dronunu vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Bildirilir ki, mayın 3-nə keçən gecə Rusiya ordusu PUA-lardan istifadə etməklə növbəti kütləvi hücum həyata keçirib.

“Düşmən ümumilikdə 26 hücum pilotsuz uçuş aparatından istifadə edib. 21 PUA hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, – məlumatda deyilir.

 

 

Gununsesi.info