SEPAH-ın bazasında partlayış - 2 ölü

İranın şimalında Semnan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasında partlayış baş verib.

Gununsesi.info “IRNA” agentliyinə istinadən xəbər verir ki, hadisə Damqan şəhərində silah-sursatın daşınması zamanı qeydə alınıb.

HTML tutorial

İnsident nəticəsində hərbi bazanın iki işçisi həlak olub. Bununla belə, dağıntı baş verməyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

 

 

Şəbnəm

Gununsesi.info