
İsrailin Baş naziri Benyamin Netanyahu İranı ittiham edən açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrail rəsmisi son günlərdə Qərbi Şəriədə (İordan çayının qərb sahili) məskunlaşma məntəqələrinin hədəfə alınmasında və hücumların artmasında İranı günahlandırıb.
Netanyahu Müdafiə Naziri Yoav Qallandla Əl-Xəlil bölgəsindəki 1 sakinin öldüyü və birinin də ağır yaralandığı bölgəyə səfər edib.
İsrail qüvvələrinin analizlərini davam etdirdiyi olay yerində danışan Netanyahu “İran və uzantıları tərəfindən təşfiq edilən, yönəldilən və maliyyələşdirilən hücumlarla qarşı-qarşıya olduqlarını bildirib.
“Qatilləri yaxalamaq üçün gecə-gündüz çalışırı”, – deyə Benyamin Netanyahu vurğulayıb.
İsrailin Müdafiə Naziri Yoav Qalland isə “Sahədə yaşanan dəyişikliyin maliyyəçisi İran və onun niyyətləri ilə əlaqəlidir”, – deyə söyləyib.
Xatırladaq ki, İsrail ordusu son günlərdə 3 sakinin öldüyü olayların ardından işğal altındakı Qərbi Şəriədəyə əlavə qüvvələr göndərib.
İsrail bölgədə hərbi basqınlar başladıb.
Tərcümə: Arzu