Özbəkistanda daha 38 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyindən xəbər verilib.
Bildirilir ki, ümumilikdə koronavirusa 767 yoluxma halı və 4 ölüm hadisəsi qeydə alınıb.
Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Vuhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.. Martın 11-də ÜST yeni növ koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS