“Koronavirusla mübarizə üçün yeni bir dərman üzərində işləyirik, potenisal var…”- ABŞ dərman şirkəti

“Koronavirusla mübarizə üçün yeni bir dərman üzərində işləyirik, potenisal var…”

ABŞ dərman şirkəti “Pfizer” hazırlayacaqları yeni dərmanın koronavirus pandemiyasının qarşısını alacağını bildirib. 
Gununsesi.org xəbər verir ki, şirkət rəsmisinin verdiyi açıqlamaya görə dərmanın hazırlanması üçün aparılan testlərdən müsbət nəticələr əldə edilib. Bununla yanaşı, şirkət bazarda mövcud olan bəzi dərmanların üzərində də sınaqlar həyata keçirdiyini bildirib.
Şirkətin koordinatoru Mikael Dolsten koronavirusla mübarizəyə qoşulmaq istədiklərini bildirib.

COMMENTS