Britaniyanın baş naziri: “Mən həyatımı həkimlərə borcluyam”

Britaniyanın baş naziri: “Mən həyatımı həkimlərə borcluyam”

COVID-19 infeksiyasına yoluxmuş Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, həyatını onun qayğısına qalan həkimlərə borcludur.

Gununsesi.org xəbər verir ki, bu barədə baş nazirin dostlarının açıqlamasına istinadən “Sky News” telekanalı bildirir.

Telekanal qeyd edib ki, Conson müalicə olunduğu Müqəddəs Tomas Xəstəxanasında nümunəvi tibbi müayinəni yüksək qiymətləndirib.

“Mən onlara necə təşəkkür edəcəyimi ifadə edə bilmirəm. Mən onlara həyatımı borcluyam”, – “Sky News” Consonun bəyanatını dostlarına istinadən yayıb.

Conson koronavirusa yoluxduğunu martın 27-də elan edib. O, həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi.

 

Gununsesi.org

COMMENTS