Prezident Ağalar Vəliyevə medal verib

  • By admin
  • 07 Aprel 2024 22:45

Milli Məclisin deputatı Ağalar Vəliyev Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Heydər Əliyevin 100 illiyi(1923-2023) ” yubiley medalı ilə təltif olunub.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkilinə medalı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.

Qeyd edək ki, Ağalar Vəliyev seçicilərinin problemlərinə həssas münasibəti ilə seçilən deputatlardandır.

 

Elmar

Gununsesi.info