Uşaq olmaq istəyirəm,amma telefonsuz, internetsiz…

  • By admin
  • 07 Aprel 2024 23:33

Uşaq olmaq istəyirəm…

 

Telefonsuz, internetsiz günləri istəyirəm.

Bir əlimdə pomidor, bir əlimdə çörək küçədə gəzmək istəyirəm.

Qonaq gedib, atamın qucağında yataraq qayıtdığım günlərə, həyətdə üstüm çirklənəndə qorxa-qorxa evə getdiyim günlərə qayıtmaq istəyirəm.

Divardakı xalçanın naxışları ilə oynaya-oynaya yatmaq istəyirəm.

Kəndə toya gedib, dava düşənə qədər toyda qalmaq istəyirəm.

Qışda ayaqlarım donub, yenidən isinənə qədər həyətdə qalmaq istəyirəm.

İcazə versələr böyüklərin söhbətlərinə qulaq asmaq istəyirəm.

Dərsdən qaçmaq, nadinclik etmək, Atamın Valideyn iclasından dönməsinin həyəcanını yaşamaq istəyirəm.

Uşaq olmaq istəyirəm, amma 1990-cı illərin uşağı.

 

Rəşad Cabirli

Gununsesi.info