
Nümayəndələr Palatasının keçmiş spikeri demokrat Nensi Pelosi Konqresin onlarla Demokrat üzvünə qoşularaq İsrailə silah təhvilinin dayandırılmasını tələb edən məktub imzalayıb.
Gununsesi.info-nun xəbərinə görə, məktub həm Baydenə, həm də dövlət katibi Entoni Blinkenə ünvanlanıb.
Demokrat Partiyasının önəmli simalarından biri olan Pelosinin məktubu imzalaması bu fikrin partiya daxilində ağırlıq qazanması deməkdir.
Məktubda Amerikadan Qəzzada yardım işçilərinin ölümünə səbəb olan hava hücumu ilə bağlı araşdırma aparması xahiş olunur.
Məktubda qeyd edilir ki, yardım işçilərinə qarşı son hücum və Qəzzada humanitar böhranın kəskinləşməsi fonunda İsrailə silah təhvil verilməsini təsdiqləmək ədalətsizlik olardı.
Pelosidən başqa, Konqresin 36 üzvü, o cümlədən Demokratik Nümayəndələr Palatasının üzvləri Barbara Li, Raşida Tlaib və Alexandria Ocasio-Cortez də məktubu imzalayıb.
İsrail ordusu, yardım işçilərinin həyatını itirdiyi hücumla bağlı iki məmurun vəzifələrindən uzaqlaşdırıldığını və yüksək rütbəli komandirlərə xəbərdarlıq edildiyini açıqlayıb.
Prezident Bayden də cümə axşamı İsrailin baş naziri Netanyahu ilə telefon danışığında qeyd edib ki, İsrail mülki insanları qorumaq üçün daha çox işlər görməlidir, əks halda Amerikanın siyasəti dəyişəcək.
HƏMAS-ın 7 oktyabrda 1200 insanın həyatını itirdiyi hücumundan sonra İsrailin Qəzzaya qarşı hava hücumları və quru əməliyyatlarında 33 mindən çox qəzzalı həyatını itirib.
Qəzzada yaşayan 2,3 milyon fələstinlinin demək olar ki, hamısı evlərini tərk etmək məcburiyyətində qalıb.
Ərazi dağıntı qalasına çevrilib.
İsrailə qarşı soyqırım ittihamları irəli sürülüb.
Birləşmiş Millətlər Təşkilatı Qəzzanın aclığın astanasında olduğu xəbərdarlığını edərkən, may ayında bölgənin şimalında aclığın baş verə biləcəyi, iyul ayında isə bütün bölgəyə yayıla biləcəyi ifadə edilir.
Afət Abbasova
Gununsesi.info