Slovakiyada keçirilən prezident seçkilərində qalib bəlli oldu

  • By ilhame
  • 07 Aprel 2024 13:59

Slovakiya parlamentinin rəhbəri Peter Pelleqrini Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyasının rəhbəri Eduard Burdaya istinadən yazır.

 

Aprelin 6-da keçirilən prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrini açıqlayan Burda Pelleqrininin 53,12 faiz səs topladığını bildirib.

Gununsesi.info