İsrail HƏMAS-ın bütün Qəzza zolağında məhv edilməsində qərarlıdır

  • By ilhame
  • 07 Aprel 2024 16:58

2023-cü il oktyabrın 7-dən İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatının 24 batalyonundan 19-nu komandirlərlə birlikdə məhv edib.

 

Gununsesi.info xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasında Baş nazir Benyamin Netanyahu deyib.

 

“Bu gün müharibənin başlamasından 6 ay keçir. Biz HƏMAS-ın xeyli sayda terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük”, – Netanyahu bildirib.

 

“Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir” – Netanyahu əlavə edib.

 

Baş nazir, həmçinin qeyd edib ki, İsrail anklavın cənubundakı Rəfah şəhəri də daxil olmaqla, HƏMAS-ın Qəzza zolağının bütün ərazisində məhv edilməsini başa çatdırmaqda qərarlıdır.

Gununsesi.info