
Dəməşq hücumundan sonra İsraillə İran arasında gərginlik xeyli artıb.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, rəsmi Tehran rəhbərliyi İsraili növbəti dəfə təhdid edib.
İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri “artıq təhlükəsiz deyil”.
İsrail isə “düşmən”i olan İranla yarana biləcək hər hansı ssenarinin həlli üçün hazırlıqların tamamlandığını bəyan edib.
Xatırladaq ki, aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasını vuran İsrail İnqilab Keşikçiləri Ordusunun iki generalı olmaqla 7 əməkdaşını öldürüb.
Öldürülənlər arasında İnqilab Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin yüksək səviyyəli komandiri briqada generalı Məhəmməd Rza Zahedi də var.
İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri dünən verdiyi açıqlamada “İsrail Suriyada İran İnqilabı Keşikçiləri Korpusunun üzvlərini öldürdüyünə görə peşman olacaq” – deyə bildirib.
Gununsesi.info