
“Prezidentliyə namizəd olanda insanlara yüksək maaş vəd edən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz işçilərinə minimum əmək haqqından (345 manat) cəmi 1,6 manat artıq əmək haqqı verib”.
Gununsesi.info bildirir ki, bu barədə Allahverdi Aydının araşdırması zamanı məlum olub.
Bildirilir ki, ölkədəki siyasi partiyaların işçilərinə verdiyi əmək haqqı aşağıdakı cədvəldəki kimi olub:
“İşçisinə ən yüksək maaşı Respublikaçı Alternativ – REAL Partiyası verib.
Yeni Azərbaycan Partiyası ilə Vəhdət Partiyası isə Nazirlər Kabinetinin qəbul etdiyi “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nın 14.2.4-ci maddəsinin tələbini pozaraq işçilərinin sayını göstərməyiblər.
Ümumiyyətlə, siyasi partiyaların maliyyə hesabatlarında çox ciddi qüsurlar olur, amma Mərkəzi Seçki Komissiyası nədənsə bunlara göz yumur”.
Afət Abbasova
Gununsesi.info