Samir Nuriyev Asiya İnkişaf Bankının departamentinin Baş direktoru ilə görüşüb

  • By ilhame
  • 05 Aprel 2024 20:05

Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

 

Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25 illiyinin tamam olduğunu bildirib və ölkəmizin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən layihələri qeyd edib.

Gununsesi.info