
Avropa Jurnalistlər Federasiyası (EFJ) Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına qoşularaq Azərbaycanda həbsdə olan jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılmasına çağırıb.
Gununsesi.info-nun təşkilatın saytına istinadən verdiyi məlumatda deyilir:
“EFJ Dunya Miyatoviçə qoşularaq Azərbaycan hökumətini qanuni işlərinə, fərqli və ya tənqidi fikirlərini ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri, o cümlədən jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırır”.
Qeyd edək ki, iki gün əvvəl AŞ Komissarı Dunya Miyatoviç Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırıb.
Elmar
Gununsesi.info