
İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğu İsrailin hücumundan sonra fəaliyyətini bərpa edib
Gununsesi.info xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
İranın diplomatik missiyası dağıdılmış konsulluğa bitişik binada iş təşkil edib. Agentlik bildirir ki, səfirliyin konsulluq şöbəsi şənbə günü, aprelin 6-da öz qapılarını açıb və tam xidmət göstərir.
Qeyd edək ki, aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livan qüvvələrinin generalı və komandiri Məhəmməd Rza Zahedi İsrail hərbi hava qüvvələrinin konsulluğa endirdiyi zərbə nəticəsində öldürülüb.
Gununsesi.info