Pompeo Süleymaninin öldürülməsinə reaksiya verdi – Video

Pompeo Süleymaninin öldürülməsinə reaksiya verdi – Video

ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo İraqda iranlı general Qasım Süleymanlının öldürülməsinə münasibət bildirib.

 

Gununsesi.org-un Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə o, Tvitter hesabında yazıb. 

ABŞ rəsmisi onların generalı raket zərbəsi ilə vuraraq öldürməsinə görə İraq vətəndaşlarının sevindiyini bildirib:

“İraqlılar – iraqlılar! – azadlığa dəstək üçün küçələrdə rəqs edirlər. Onlar general Süleymaninin artıq olmamasına görə minnətdardırlar”.

O, bu ifadələrinə iraqlıların küçədə bayraqla yürüşünü əks etdirən video da əlavə edib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

 

 

 

 

COMMENTS