Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup “Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9 hərbçi həlak olub.
Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Eyni zamanda “ToloNews” mənbəyə istinadən iddia edib ki, Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb və hücum edənlər onların silahlarını götürüb hadisə yerindən uzaqlaşıblar.
“Taliban” hərəkatı baş verən hadisənin məsuliyyətini üzərinə götürüb.
COMMENTS