Qarın hündürlüyü 10 sm, temperatur mənfi 9 dərəcə

Qarın hündürlüyü 10 sm, temperatur mənfi 9 dərəcə

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Gununsesi.orgun məlumatına görə, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb.

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.

Gununsesi.org

COMMENTS