
“Qanunsuz miqrasiya böyük risklər mənbəyidir və ölkənin dağılmasına şərait yaradır”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Sankt-Peterburqda keçirilən təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin XII Beynəlxalq Müşavirəsində deyib.
Patruşevin sözlərinə görə, miqrant axını terror və humanitar təhlükələr yaradır:
“Etno-konfessional balansı pozur və təkcə sərhədlərin dəyişdirilməsi üçün deyil, həm də ölkələrin parçalanması üçün ilkin şərtlər yaradırlar”.
Patruşev qeyd edib ki, qeyri-qanuni miqrasiya həmçinin mütəşəkkil cinayətkarlıq, silah, narkotik, insan və insan orqanlarının alveri ilə sıx bağlıdır.
Məlumatına əsasən 2015-ci ildən bəri azı 3,5 milyon miqrant Rusiyanın daimi sakinlərinə çevrilib. Rəsmi statistikaya görə, Rusiyada miqrasiya artımı baş alıb.
Bildirilir ki, yaxın 20 ildə isə daha 5 milyon miqrant Rusiya Federasiyasının daimi sakinlərinə çevriləcək. Bu da hökumət demoqraflarının 2046-cı ilə qədər 12,7 milyon insan olacağını təxmin edən təbii azalmanın təxminən 40%-ni əhatə etməkdir
Qeyd edək ki, “Crocus City Hall”-da təhlükəsizlik qüvvələrinin Tacikistandan olan mühacirləri günahlandırdığı terror aktından sonra Rusiya hakimiyyəti miqrantlara nəzarəti kəskin şəkildə gücləndirəcəyini bildirmişdir.
Şəbnəm
Gununsesi.info