Gürcüstan müxalifəti yenidən mitinqə hazırlaşır

  • By ilhame
  • 25 Aprel 2024 22:09

Gürcüstan müxalifəti yeni mitinq elan edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

 

Belə ki, mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.

 

Müxalifət partiyalarının yaydığı birgə bəyanatda deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.

 

Qeyd edək ki, Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı nəzərdə tutulur.

Gununsesi.info